“Qazaxıstana hərbçilərin yeridilməsi ilə bağlı Bakının əsəbi reaksiyasını görməmişəm”-LAVROV

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı kontingentinin Qazaxıstana yeridilməsi ilə bağlı Bakı və Ankaranın əsəbi reaksiyasını görməmişəm.

Bu barədə bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov ötən ilin yekunlarına dair illik mətbuat konfransında bildirib.

Erməni jurnalistin yanvarın 11-də Ermənistan-Azərbaycan sərhədində, Kəlbəcər istiqamətində baş verənlərin Ermənistan hərbçilərinin KTMT çərçivəsində Qazaxıstana göndərilməsi ilə əlaqəli olmasına dair təxribatçı sualına Rusiya XİN başçısı belə cavab verib: “Nə Bakının, nə də Ankaranın KTMT kontingentinin ilə bağlı əsəbi reaksiyasını görmüşəm. Bu ölkələrin rəsmi şəxslərinin əsəbi reaksiyasını görməmişik. Ancaq Ərdoğanın (Türkiyə Prezidenti) müşavirlərindən birinin KTMT-ni dəvət etdiyinə görə Qazaxıstanın hərəkətlərini pislədiyi barədə məlumat var. Bu barədə Türkiyədən olan həmkarlarımıza bildirmişik”. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Şeyxülislam Vatikanın baş keşişi ilə görüşüb –

Sonrakı məqalə

Rusiyanın xalq artisti vəfat edib –