Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçirilir

Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçirilir.

Seçki məntəqələri yerli vaxtla saat 07.00-da açılıb, saat 20.00-da bağlanacaq.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev də artıq paytaxtda Məktəblilər Sarayında yerləşən seçki məntəqəsində səs verib.

Qazaxıstan Mərkəzi Seçki Komissiyası yerli vaxtla saat 10.00-a seçici fəallığının 23,37 faiz olduğunu açıqlayıb.

Qeyd edək ki, hazırkı dövlət başçısı Kasım-Jomart Tokayev də daxil olmaqla, prezident kürsüsü uğrunda 6 namizəd mübarizə aparır.

Qazaxıstanda növbəti prezident seçkiləri 2024-cü ildə keçirilməli idi. Lakin sentyabrın birində Tokayev parlamentə müraciət edərək növbədənkənar seçkilərə getməyi təklif edib. Gələn ilin ilk yarısında növbədənkənar parlament seçkilərinin keçirilməsi gözlənilir.

Əvvəlki məqalə

Moskva və Tehran birgə PUA istehsalı ilə bağlı razılığa gəlib

Sonrakı məqalə

Ərdoğan Qətərdə dünya çempionatının açılış mərasimində iştirak edəcək