Qazaxıstandakı iğtişaşlarda ölənlərin sayı açıqlanıb

Qazaxıstanın Baş Prokurorluğu ölkədə baş verən iğtişaşlar zamanı ölən və yaralananların sayını açıqlayıb.

Şənbə günü keçirdiyi brifinqdə Qazaxıstan Baş Prokurorluğunun Cinayət Prokurorluğu Xidmətinin rəhbəri Serik Şalabayev bildirib ki, iştişaşlar nəticəsində 225 nəfə ölüb.

“Bu günədək 4 578 zərərçəkənin şəxsiyyəti müəyyən edilib, onlardan 4 353-ü, o cümlədən hüquq-mühafizə orqanlarının 3 393 əməkdaşı yaralanıb. Fövqəladə vəziyyət dövründə 225 ölü ölkə morqlarına çatdırılıb”, – S. Şalabayev bildirib.

Prokuror əlavə edib ki, ölənlər arasında 19 polis və hərbçi də var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Madonna, “bozbaş” və Əli Mirəliyev –

Sonrakı məqalə

ABŞ və NATO Rusiya ilə yeni görüş keçirməyə hazırdır