Qazaxıstandan Rusiyaya hərbçilərin olduğu 10 təyyarə qayıdıb

Rusiya sülhməramlılarınnı daşıyan on təyyarə Qazaxıstandan Rusiyanın İvanovo şəhərinə qayıdıb.

Qazaxıstanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı missiyasında iştirak etmiş Rusiya desant qoşunlarını daşıyan 10 təyyarə Rusiyanın İvanovo şəhərinin Severnı aerodromuna enib.

Bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.

“Qazaxıstandan yola düşmüş və göyərtəsində KTMT kollektiv sülhməramlı qüvvələrinin tərkibindən olan Rusiya sülhməramlılarını daşıyan 10 təyyarə İvanovo şəhərinin Severnı aerodromuna enib”, – məlumatda bildirilib.

Daha əvvəl Rusiya müdafiə nazirliyinə məxsusus daha iki təyyarə Moskva ətrafındakı Çkalovski aerodromunda enib. Ümumilikdə, Rusiya qoşunlarının şəxsi heyəti və texnikasının daşınması üçün 15 İl-76 və üç An-124 təyyarəsi cəlb olunub.

Qazaxıstandan sonuncu təyyarə qayıtdıqdan sonra missiyanın başa çatması ilə əlaqədar təntənəli tədbirin keçiriləcəyi nəzərdə tutulub. Sonra sülhməramlılarin daimi dislokasiya məntəqələrinə qayıdacaqları deyilir.

Ermənistan, Tacikistan və Qırğızıstandan olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı sülhməramlılarının bölmələri Qazaxıstandan daimi dislokasiya yerlərinə yola düşüblər.

Ermənistandan olan qüvvələrin avtomobilləri və şəxsi heyəti Rusiya Aerokosmik Qüvvələrinə məxsus 3 nəqliyyat təyyarəsi ilə Almatı hava limanından çıxarılıb.

Rusiya MN sülhməramlıların daimi dislokasiya məntəqələrinə qaytarılmasının bu il yanvarın 19-dək başa çatdırılmasının planlaşdırıldığını bəyan edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Əvvəlki məqalə

Yağlı və duzlu yeməklər ürəyə ziyandır –

Sonrakı məqalə

Tovuzda ərəblər tərəfindən qanunsuz ov hallarına rast gəlinmədi –