Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsinin sabiq sədr müavinləri saxlanılıb

13 Yanvar 2022 - 13:00

Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsinin sabiq sədr müavinləri saxlanılıb.

Bu barədə Milli Təhüləsizlik Komitəsi məlumat yayıb.

Bildirilib ki, Milli Təhlükəsizlik Komitəsinin keçmiş sədr müavinləri Anuar Sadıkulov və Daulet Yeqorjin dövlətə xəyanətdə ittiham olunurlar.

Qeyd edək ki, daha əvvəl Milli Təhlükəsizlik Komitəsinin keçmiş rəhbəri Kərim Məsimov dövlətə xəyanət maddəsi ilə saxlanılaraq müvəqqəti saxlama təcridxanasına yerləşdirilib.