Qazaxıstanın Rusiya ilə sərhədində zəlzələ olub

Qazaxıstanın seysmoloji stansiyalar şəbəkəsi Rusiya ilə sərhəddə 4,4 bal gücündə zəlzələ qeydə alıb.

Azpost.info xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, ocaq 10 kilometr dərinlikdə olub.

Zəlzələ Astanadan 900 kilometr şimal-şərqdə qeydə alınıb. Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Azpost.info

Əvvəlki məqalə

Britaniya Kralı ictimaiyyət qarşısına cırıq corablarda çıxıb

Sonrakı məqalə

Hatayda zəlzələdə dağılan binaları tikmiş sahibkar ölkədən qaçarkən tutuldu –