Qırğızıstan hökuməti “TikTok”a blok qoyub

Qırğızıstanda “TikTok” sosial şəbəkəsi bloklanıb.

Azpost.info xəbər verir ki, qadağanı Qırğızıstanın Mədəniyyət, İnformasiya və İdman Nazirliyi qoyub.

Səbəb kimi tətbiqin uşaqların psixi sağlamlığına və inkişafına zərərli təsiri göstərilib.

Mədəniyyət Nazirliyi vətəndaşlardan və bəzi qeyri-hökumət təşkilatlarından daxil olan müvafiq müraciətlərin sayının artdığını bildirib.

Azpost.info

Əvvəlki məqalə

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin apellyasiya müsahibələri onlayn təşkil olunacaq

Sonrakı məqalə

“Krımın qayıtması real deyil, Qərb Putinlə razılığa gəlməlidir”