Qırğızıstan lideri kibertəhlükəsizliyi gücləndirmək göstərişi verdi

Qırğızıstan prezidenti Sadır Japarov Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsindən kibertəhlükəsizliyinin təmin edilməsini və bu sahədə təhdidlərə qarşı mübarizənin gücləndirilməsini tələb edib.

Azpost.info xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

“Son zamanlar dövlət və digər informasiya sistemlərinə haker hücumlarının müşahidə olunduğunu nəzərə alsaq, bu istiqamətin daha da yüksəldilməsi və inkişaf etdirilməsi zərurəti yaranıb”, – Japarov deyib.

Qırğızıstan lideri bu sahədə qabaqcıl xarici təcrübənin nəzərə alınmasının zəruriliyinə diqqət çəkib. Eyni zamanda, vurğulayıb ki, bütün dünyada informasiya texnologiyalarının və rəqəmsal iqtisadiyyatın inkişafı müəyyən risklər və təhlükələr, o cümlədən milli təhlükəsizliyə birbaşa təsir edən situasiyalarla müşayiət olunur.

Azpost.info

Əvvəlki məqalə

Şəhid olan hərbi qulluqçumuz Qəbələdə son mənzilə yola salınıb

Sonrakı məqalə

“Avropa İttifaqının hərbi xərcləri 30 faiz artıb”