Qırğızıstanda son bir ildə ikinci dəfə parlament seçkiləri keçirilir

Qırğızıstanda son bir ildə ikinci dəfə parlament seçkiləri keçirilir.

Seçki məntəqələri 08.00-da (Bakı vaxtı ilə 06.00) açılıb.

Ölkədə 3.7 milyon nəfər seçki hüququna malik vətəndaş var. Ölkə daxilində və xaricdə 2500 səsvermə məntəqəsi fəaliyyət göstərir.

Seçkilər 2005-ci ildən sonra ilk dəfə qarışıq sxemlə keçirilir: 54 deputat partiya siyahısı ilə, 36 nəfər isə birmandatlı dairələrdə seçiləcək.
Qanunverici orqandakı 90 yer uğrunda 21 siyasi partiyadan 300 namizəd mübarizə aparır. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçici fəallığından asıllı olmadan parlament seçkiləri baş tutmuş hesab ediləcək.

Seçkilərin gedişatını gün ərzində 736 beynəlxalq müşahidəçi izləyəcək.

Qeyd edək ki, ötən payızda keçirilmiş parlament seçkiləri zamanı çoxsaylı qanun pozuntularına yol verildiyi üçün Mərkəzi Seçki Komissiyası nəticələri ləğv etmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ceyhun Bayramov İran xarici işlər naziri ilə görüşüb

Sonrakı məqalə

“Güya mən postumdan getsəm, nə olacaq?” –