Qlazqo sammitində Ermənistan prezidentini Paşinyan kimi təqdim etdilər

BMT-nin Qlazqo şəhərində keçirilən İqlim Dəyişikliyi Konfransının (COP26) 26-cı sessiyasında Ermənistan prezidenti Armen Sarkisyan səhvən ölkənin baş nazirinin soyadı ilə Paşinyan kimi təqdim edilib.

Bununla bağlı video görüntülər COP26-un internet portalında yayımlanıb.

Sessiyanın sədri “Ermənistan prezidenti Armen Paşinyanı” salamlamaqdan şad olduğunu bildirib. Tribunaya çıxan və çıxışını davam etdirən Ermənistan lideri “Sağ olun, cənab sədr. Mənim soyadım Sarkisyandır”, deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Oktyabrda ünvanlı dövlət sosial yardımın məbləği artıb

Sonrakı məqalə

AFFA yığma komandaya baş məşqçi Okan Buruku gətirir