“Qoç ət” restoranında yanğın söndürülüb

Bakıda restoranda baş verən yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, “112″ qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsində binada yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb. İlkin məlumata əsasən, binanın havalandırma qurğusunda yağ qalıqları yanıb.

Qeyd edək ki, Binəqədi rayonu ərazisində yerləşən “Qoç ət” restoranında yanğın olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Prezident həmin gecə Vaşinqtondan qayıtdı…Vasitəçi dövlətlər sülh istədi” –

Sonrakı məqalə

BNA gözlənilən kəskin hava ilə bağlı sürücülərə müraciət etdi