“Qorxuram ki, münaqişə NATO ilə Rusiya arasında müharibəyə çevrilsin” –Baş katib Stoltenberq

NATO-nun Baş katibi Yens Stoltenberq hesab edir ki, Ukrayna münaqişəsi Rusiya ilə Şimali Atlantika Alyansı arasında müharibəyə gətirib çıxara bilər.

Azpost.info xəbər verir ki, Stoltenberq bu ehtimalı Norveçin NRK telekanalında yayımlanan “Lindmo” tok-şousunda səsləndirib.

Qorxuram ki, Ukrayna münaqişəsi nəzarətdən çıxsın və genişlənərək NATO ilə Rusiya arasında böyük müharibəyə çevrilsin. Lakin əminəm ki, biz bundan yayına biləcəyik”, – alyansın baş katibi belə deyib.

Yens Stoltenberq, həmçinin Kiyevə göstərilən yardım mövzusuna toxunaraq, sülhü yalnız güclü Ukraynanın təmin edə biləcəyini vurğulayıb: “Müəyyən bir məqamda danışıqların faydası qalmır. Burada çıxış yolu Ukraynaya hərbi dəstəkdir. Yalnız güclü Ukrayna sülhü təmin edə bilər”.

Əvvəlki məqalə

Tayvan Yaponiya ilə təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirəcək

Sonrakı məqalə

Dayısının evinə quldur basqını təşkil edən bacıoğlu saxlanılıb –