Qriqoryan və Baydenin müşaviri Azərbaycanla sülh danışıqlarını müzakirə edib

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Cek Sallivan arasında telefon danışığı olub.

APA xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurası katibinin “Facebook” hesabında bildirilib.

Telefon danışığı zamanı tərəflər Laçın yolu ətrafında cari vəziyyəti müzakirə ediblər.

“Biz vəziyyətin tezliklə həllinin və sülh danışıqları üzrə işin davam etdirilməsinin vacibliyini vurğuladıq”, – Qriqoryan vurğulayıb.

Tərəflər ikitərəfli münasibətləri də müzakirə ediblər.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.