Qubada torpaq sürüşüb

Quba rayonunda torpaq sürüşməsi baş verib.

Hadisə rayonun Küsnətqazma kəndində qeydə alınıb.

Ötən gün səhər saatlarında başlayan torpaq sürüşməsini yaxınlıqda yaşayan kənd sakinləri müşahidə edib və aidiyyatı qurumlara məlumat verilib. Quba rayon İcra Hakimiyyətindən (RİH) APA-ya verilən məlumata görə, RİH-nin başçısı Ziyəddin Əliyev müvafiq qurumların əməkdaşları ilə hadisə yerinə baxış keçirib.

Torpaq sürüşməsi 1 hektar ərazisini əhatə edir və sürüşmənin aktivliyi azalıb. Kəndin üst hissəsində baş verən torpaq sürüşməsinin eni 50, uzunluğu isə 200-250 metrdə çatır. Sürüşmə zonası evlərdən 300 metr aralıda yerləşir.

Əraziyə mütəmadi baxış keçirilir.

Əvvəlki məqalə

Valyuta məzənnələri

Sonrakı məqalə

“Rusiyanın cavab verməsi üçün əlimizdən gələni edəcəyik”