“Qulaqlarının dibini görərlər” –Paşinyan istefa verməyəcək

Ermənistan hökumət aparatı Baş nazir Nikol Paşimyanın istefa verəcəyinə dair yayılan məlumatlara aydınlıq gətirib.

“Sputnik Armenia” xəbər verir ki, Ermənistan hökumət aparatı rəhbərinin müavini Taron Çaxoyan Paşinyanın istefa xəbərlərini təkzib edib.

O qeyd edib ki, Baş nazirin istefasına dair şayiəni yayanlar qulaqlarının dibini görərlər.

Taron Çaxoyan diqqətə çatdırıb ki, Ermənistan vətəndaşları öz seçimlərini bir il əvvəl ediblər. O bildirib ki, hər il Baş nazirin istefasını və növbədənkənar seçkilərin keçirilməsini tələb etmək absurddur.

Əvvəlki məqalə

Ukraynadan daha 9 azərbaycanlı vətənə gətirilib

Sonrakı məqalə

Əfv Komissiyasının növbəti iclası keçirilib