Qurban Qurbanov dünya məşqçilərinin reytinqdə irəliləyib

Dünya məşqçilərinin yeni reytinq cədvəli açıqlanıb.

Apasport.az saytının məlumatına görə, siyahıda karyerasını davam etdirən ən yaxşı 500 mütəxəssisin adı yer alıb.

Planetin ən güclü məşqçiləri arasında Azərbaycan bir mütəxəssislə təmsil olunub. “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanov sonuncu dəfə iki həftə öncə açıqlanan cədvəllə müqayisədə 2 pillə irəliləyib. 50 yaşlı mütəxəssis 1592 xalla dünyanın 221-cisidir.

Qeyd edək ki, siyahının ilk üç pilləsində Pep Qvardiola (2197), Yurgen Klopp (2090) və Joze Mourinyo (2059) qərarlaşıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ölkədə heyvan yemi bahadır, ət-süd necə ucuz ola bilər? –

Sonrakı məqalə

Dolların sabaha olan rəsmi məzənnəsi