Rəsulzadənin 1942-ci ildə Rumıniyada çəkilmiş nadir FOTOSU –Əmin bəy Buxarestə necə köçüb? /FOTOXRONİKA

Azərbaycan Xalq Cümhuriyyətinin lideri Məhəmməd Əmin Rəsulzadənin nadir fotolarından biri yayımlanıb.

Azpost.info bildirir fotonu yazıçı, rumın ədəbiyyatı üzrə mütəxəssis Jalə İsmayıl təqdim edib.

Fotoda M.Ə. Rəsuzladə Rumıniyada Türkiyə səflriyinin əməkdaşları ilə əks edilib. Foto 1942-ci ildə Buxarestdə çəkilib.

Türk araşdırmaçısı Ömər Özcanın məlumatına görə,1939-cu ildə II Dünya savaşı başlayanda Məhəmmədəmin Rəsulzadə Polşada “Prometey” təşkilatının dəstəyiylə siyasi fəaliyyət göstərirdi.

Rəsulzadə siyasi mühacirətin digər tanınmış nümayəndələri olan Ayaz İshaki, Əli Azərtəkin, Balo Bilatti, Edige Mustafa Kırımal, Səid Şamil və Mirzəbala Məmmədzadə ilə birgə almanların və rusların əlinə düşməmək üçün 6 sentyabr 1939-da təcili olaraq Rumıniyaya keçiblər.

M.Rəsulzadə pasportu olmadığı üçün Buxarestə, başqaları Türkiyəyə getmək üçün Konstansa doğru (Rumıniyanın Dobruca bölgəsində şəhərdir) yollarına davam ediblər. M.Rəsulzadə köhnə dostu, Türkiyənin Buxarestdəki səfiri Həmdullah Sübhi Tanrıövərin maddi dəstəyi və himayəsi ilə savaşın sonunadək Rumıniyanın paytaxtı Buxarestdə yaşayıb.

Məhəmmədəmin Rəsulzadə 8 iyul 1947 tarixli Bakanlar Kurulu qərarı ilə Türkiyə vətəndaşlığına qəbul edilib və 1947-nin sentyabrında Türkiyəyə gəlib.

Azpost.info

 

Əvvəlki məqalə

İnternetdə bu qaydalara riayət etsəniz pulunuz kartınızda qalacaq

Sonrakı məqalə

32 yaşlı Ruslan 16 yaşlı Yeganə ilə nikahsız yaşayır –