Rusiya informasiya məkanında Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun səhhəti ilə bağlı narahatlıq davam edir.
Azpost.info bildirir ki, uzun müddətdir ki, internetdə Kadırovun ağır xəstə olması və müalicə alması ilə bağlı şayiələr dolaşır. Dünən onun komaya düşməsi barədə xəbərlər yayılıb. Dünən isə çeçen müxalifətçiləri Kadırovun öldüyü barədə xəbər yayıblar.
Rusiyanın “Verstka” nəşri onlayn uçuş izləyicisinə istinadən yazır ki, sentyabrın əvvəlindən Çeçenistan lideri Ramzan Kadırovun biznes-jeti üç dəfə Moskvaya uçub və son üç gün orada qalıb.
Belə ki, “RA-73417” biznes-jeti sentyabrın 6 və 9-da Rusiya paytaxtına uçuşlar həyata keçirib. Sentyabrın 15-də günortadan sonra o, Qroznıdan Moskva istiqamətində havaya qalxıb, bundan sonra “yoxa çıxıb”.
Volqoqradın üstündəki səmada Kadırovun təyyarəsinin transponderi siqnal ötürməyi dayandırıb. VChK-OGPU layihəsinə görə, o vaxtdan bəri transponder işə salınmayıb.
Sentyabrın 15-də Ukrayna kəşfiyyatı onun vəziyyətinin ağır olması ilə bağlı onlarda məlumatın olduğunu bildirib. Dünən çeçen hüquq müdafiəçisi Abubakar Yanqulbayev Kadırovun öldüyünü yazıb.
Eyni zamanda, gün ərzində Kadırovun rəsmi Telegram kanalında onun küçədə gedərkən videosu yayılıb. Videoda o deyir: “İnternetdə həqiqəti yalandan ayıra bilməyən hər kəsə təmiz havada gəzməyi tövsiyə edirəm”.
Rusiya mətbuatı onun müalicə oluna biləcəyi xəstəxanaya çeçen elitasının kortejlərinin gəldiyini yazıb.
Azpost.info