“Real Madrid” 11-ci dəfə İspaniya Super kubokunun qalibi olub

13 Yanvar 2020 - 08:35

Bu gün Səudiyyə Ərəbistanında İspaniya Super kubokunun final qarşılaşması keçirilib.

Trend-in məlumatına görə, finalda Madrid şəhərinin iki təmsilçisi “Real” və “Atletiko” qarşılaşıblar. Oyunun əsas və əlavə vaxtında komandalar hesabı aça bilməyiblər.Oyunun 116-cı dəqiqəsində “Atletiko”nun müdafiəçisi Federiko Valverde qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alıb.

Penaltilər seriyasında “Real” qəbini 4:1 hesabı ilə məğlub edərək 11-ci dəfə İspaniya Super kubokunun qalibi olub.