“Repetitor kursları orta məktəblərin sayından çoxdur” –Təhsil naziri narazılıq etdi

“Azərbaycanda repetitorluq kurslarının özəl sektordakı payı oturuşmuş ümumtəhsil məktəblərinin sayından qat-qat çoxdur”.

Bunu “Təhsil biznesi problem və perspektivlər” mövzusunda keçirilən ictimai müzakirədə çıxış edərkən Təhsil naziri Emin Əmrullayev deyib.

Onun sözlərinə görə, buna səbəb özəl kursların daha qısa və konkret olmasıdır.

“Valideynin gözləntisi ondan ibarətdir ki, repetitor daha qısa müddət ərzində uşağın balını qaldırır. Ona görə ödəmə həvəsi daha yuxarıdır. Amma biz fundamental təhsilə qayıtsaq və tədqiqatlara baxsaq, görərik ki, valideynlər nə qədər pul xərcləyirsə, xərcləsin, aşağı siniflərdə aşağı nəticə göstərən şagirdlərin, yuxarı siniflərdə, yaxşı nəticə əldə etməsi çox az hallarda, yeni daha çox istisna hallarda mümkündür. Təhsil uzunmüddətli, davamlı, arası kəsilməz prosesdir. Yəni 9 il heç nə etməyib, 10-11-ci siniflərdə kiməsə pul verib daha çox bal yığmaq mümkün deyil. Bu məncə bizim cəmiyyətimizdə olan bir mifdir “,- deyə nazir qeyd edib. (APA)

Əvvəlki məqalə

Büdcədən hər ay nə qədər pul xərclənib? –

Sonrakı məqalə

Ceyhun Bayramov Türkiyəyə səfər edəcək