Robert Levandovski ilin futbolçu seçilib

2021-ci ilin ən yaxşı futbolçusunun adı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, FİFA-nın keçirdiyi səsvermədə Robert Levandovski (Polşa/“Bavariya”) qalib olub.

O, “The Best” mükafatını qazanıb. İlin ən yaxşısı səsvermədə Lionel Messi (Argentina/“Barselona”/PSJ) və Məhəmməd Salahı (Misir/ “Liverpul”) qabaqlayıb.

İlin ən yaxşı qadın futbolçusu adını isə Aleksiya Puteyas (İspaniya/“Barselona”) qazanıb.

Qeyd edək ki, FİFA-nın “The Best” mükafatlarının təqdimetmə mərasimi İsveçrənin Sürix şəhərində təşkil olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Orfoqrafiya lüğətindən “hörümçək” sözü çıxarılıb –

Sonrakı məqalə

Dünyada koronavirusa yoluxanların sayı 325 milyonu ötüb