“Robert, sən “Qızıl top”a layiqsən” –Messi Levandovskini təriflədi

“Bu mükafata layiq görüldüyüm üçün çox sevinirəm”.

Apasport.az saytının məlumatına görə, bunu “Qızıl top” mükafatına 7-ci dəfə layiq görülən Argentina millisinin kapitanı Lionel Messi deyib.

“France Football” nəşrinin keçirdiyi səsvermənin qalibi olan PSJ-nin hücumçusu mükafatlandırma mərasimində fərdi mükafatlara böyük önəm vermədiyini söyləyib. O, yarışda ikinci olan “Bavariya”nın polşalı hücumçusu Robert Levandovskinin də bu titula layiq olduğunu vurğulayıb: “Levandovski ilə mübarizə aparmaqdan qürur duyuram. Robert, sən “Qızıl top”a layiqsən. Yəqin hamı mənimlə razılaşar”.

Qeyd edək ki, “Çelsi”nin italiyalı yarımmüdafiəçisi Jorjinyo 3-cü yeri tutub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Çelsi” 2021-ci ilin ən yaxşı komandası seçilib

Sonrakı məqalə

BMT-nin Baş katibi sərhədləri bağlamamağa çağırıb