“Rosneft”in rəhbəri İqor Seçin Federal Vergi Xidmətinin rəsmi reyestrində başqa ad altında “gizlənir”.
Azpost.info xəbər verir ki, bunu həbsdə olan rusiyalı siyasətçi Aleksey Navalnının tərəfdarlarından ibarət komandanın araşdırması da təsdiqləyir.
Araşdırma müəlliflərinin fikrincə, Seçin vergi xidmətinin bazasında “Sergey Andreeviç Terentyev” psevdonimi ilə yer alır. Bütün digər məlumatlar – doğum tarixi, pasport nömrələri və VÖEN – eynidir.
Vergi xidmətindən məlumat sızması nəticəsində əldə edilən məlumatlara görə, Seçinin “əkizi” qeyri-müəyyən müddət ərzində “Rosneft”dən 3 milyon 71 milyon 738 min 456 rubl 32 qəpik maaş alıb. O, həmçinin Ümumrusiya Regional İnkişaf Bankından (Rosneft Bank) və “Rosnefteqaz”dan (Rosneft-in səhmlərinin sahibi olan şirkət) təxminən 250 milyon rubl məbləğində əlavə ödənişlər alıb.
Araşdırmada qeyd olunur ki, Seçin dəfələrlə gəlirlərini açıqlamaqdan imtina edib.
Azpost.info