Baş prokuror Kamran Əliyev Rövşən Əkbərovun Milli Qəhrəman adından məhrum edilməməsi ilə bağlı məsələyə aydınlıq gətirib.
APA-nın məlumatına görə, Kamran Əliyev bildirib ki, qanunun tələblərinə görə belə bir qərarın verilməsi mütləq deyil: “Qanuna görə zəruri olan hallarda prokuror bununla bağlı məhkəmə qarşısında vəsatət qaldıra bilər. Amma bu işdə məqsədəmüvafiq hesab edilməyib. Yəni, cinayət təqibini həyata keçirən prokurorluq və məhkəmə tərəfindən belə müraciət edilməyib. Ona görə də bununla bağlı qərar qəbul olunmayıb”.