Rövşən Əkbərov niyə Milli Qəhrəman adından məhrum edilməyib? –Baş Prokuror aydınlıq gətirdi

Baş prokuror Kamran Əliyev Rövşən Əkbərovun Milli Qəhrəman adından məhrum edilməməsi ilə bağlı məsələyə aydınlıq gətirib.

APA-nın məlumatına görə, Kamran Əliyev bildirib ki, qanunun tələblərinə görə belə bir qərarın verilməsi mütləq deyil: “Qanuna görə zəruri olan hallarda prokuror bununla bağlı məhkəmə qarşısında vəsatət qaldıra bilər. Amma bu işdə məqsədəmüvafiq hesab edilməyib. Yəni, cinayət təqibini həyata keçirən prokurorluq və məhkəmə tərəfindən belə müraciət edilməyib. Ona görə də bununla bağlı qərar qəbul olunmayıb”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

11 yaşlı qıza təcavüzlə bağlı şübhəli şəxs tutulub –

Sonrakı məqalə

Bakıda narkotik satan qadın tutulub