Rumıniya və ABŞ hərbi dəniz qüvvələri sentyabrın 11-dən 15-dək “Sea Breeze 23.3” irimiqyaslı təlimlər keçirəcək.
Azpost.info xəbər verir ki, bu barədə Rumıniya Hərbi Dəniz Qüvvələrinin qərargahından bildirilib.
Qara dəniz və Dunay deltasında – Ukrayna taxılının ixrac limanları yaxınlığında keçiriləcək manevrlərdə Ukrayna və digər müttəfiq ölkələrin nümayəndələri də iştirak edəcəklər.
Təlimdə Bolqarıstan, Böyük Britaniya, Türkiyə, Ukrayna və Fransadan olan bölmələr də iştirak edəcək.
“Sea Breeze 23.3”ün əsas məqsədi ilk növbədə naviqasiya azadlığını təmin etmək üçün partlayıcı qurğularla, xüsusilə də dəniz minaları ilə mübarizə sahəsində operativ və taktiki qarşılıqlı əlaqəni inkişaf etdirməkdir.
Azpost.info