Rumıniyada 4,1 bal gücündə zəlzələ olub

Bu gün səhər saatlarında Rumıniyada 4,1 bal gücündə zəlzələ baş verib.

Azpost.info xəbər verir ki, bu barədə Rumıniya Milli Geofizika İnstitutu məlumat yayıb.

Yeraltı təkanların episentri ölkənin cənub-qərbində, Serbiya ilə sərhədə yaxın ərazidə, təxminən 108 km dərinlikdə olub.

Zəlzələ yerli sakinləri qorxudub, insanlar küçələrə qaçıblar.

Xatırladaq ki, fevralın 13-14-də eyni ərazidə 5,2 və 5,7 bal gücündə daha güclü zəlzələlər baş vermiş, hər ikisinin episentrləri bir-birindən 20 km-dən az məsafədə yerləşmişdi.

Əsas təkanlardan sonra ərazidə yüzlərlə afterşok qeydə alınıb.

Azpost.info

Əvvəlki məqalə

Rusiya işğal etdiyi regionların sakinlərinə martın 1-dən pensiya ödəyəcək

Sonrakı məqalə

Sabah sulu qar yağacaq