Rus hərbçiləri Qostomel şəhərinin merini güllələdilər

Rusiya hərbçiləri Qostomel meri Yuri Prilipkonu öldürüblər, Buçanın başçısı Anatoli Fedoruku isə yaralayıblar.

Azpost.info xəbər verir ki, bu barədə ukraynalı jurnalist məlumat verib: “Qostomel meri Yuri Prilipko öldürüldü. O, kənd sakinlərinə dərman və ərzaq aparan zaman işğalçılar tərəfindən güllələndi. Buçanın meri də yaralanıb”.

İrpinin meri Aleksandr Markuşin qeyd edib ki, İrpinin bir hissəsi ələ keçirilib, lakin şəhər döyüşə davam edir. İrpin, Buça və Qostomeldə işıq, qaz, su, rabitə yoxdur. Kiyev yaxınlığındakı bu şəhərlər rus qoşunlarının mütəmadi atəşi altındadır.

Azpost.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Rusiya Ukraynaya 600 raket atıb” –

Sonrakı məqalə

“Ən yüksək ehtiramlarımı qəbul etməyinizi xahiş edirəm” –