“Rus ordusu Dnestryanı ərazisindən çıxmalıdır!” –Moldova prezidenti

“Rusiya ordusu Dnestryanı ərazisindən çıxarılmalıdır, çünki onlar respublikanın neytrallığını pozurlar”.

Azpost.info xəbər verir ki, Moldova prezidenti Maya Sandu bu tələbini Avropa Parlamentinin tribunasından səsləndirib. “Bu gün Moldovanın müharibədə iştirakı ilə bağlı qaçılmaz təhlükə yoxdur. Biz neytral ölkəyik. Lakin biz Rusiya hərbçilərinin Dnestryanı ərazisindən çıxarılmasını tələb edirik, çünki onların mövcudluğu bizim neytrallığımızı pozur”, – Sandu deyib.

Onun sözlərinə görə, Kişinyov Dnestryanı münaqişənin Moldovanın suverenliyi və ərazi bütövlüyünü nəzərə alacaq dinc siyasi həll yolunu axtarır: “Hökumət sabitliyi qorumağa və münaqişənin diplomatik həllini tapmağa çalışır. Sabitliyin pozulmasını istəmirik. Bizim ölkənin dinc yolla reinteqrasiyasına dair baxışımız var”, – prezident vurğulayıb.

Azpost.info

Əvvəlki məqalə

“NATO Gürcüstanın inteqrasiya istəyini tam dəstəkləyir” –

Sonrakı məqalə

“Rəis müavininə dedim ki, cinayəti törətməmişəm, sadəcə, boynuma alıram” –