Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın Donetsk vilayətinin Konstantinovka şəhərində mərkəzi bazara hava zərbəsini şərh edib.
Azpost.info xəbər verir ki, Zelenski günahsız insanların ölümünə səbəb olan raket zərbəsini növbəti qeyri-insani hərəkət adlandırıb.
“Rusiya terrorçularının artilleriyası Donetsk vilayətinin Konstantinovka şəhərində 16 nəfəri öldürüb. Sıradan bir bazar, mağazalar, aptek, heç bir günahı olmayan insanlar… Yaxınlarını itirən hər kəsə başsağlığı verirəm! Biz bu rus şərini mümkün qədər tez məğlub etməliyik”, – Ukrayna lideri bildirib.
Qeyd edək ki, hava zərbəsi nəticəsində 16 nəfər həlak olub, 30-dan çox yaralı var.
Azpost.info