Rus silahlıları tərəfindən qaçırılan deputat Leyla İbrahimova azad edilib

Bu gün səhər saatlarında rus silahlıları tərəfindən qaçırılan Zaporojye Vilayət Şurasının deputatı Leyla İbrahimova azad edilib.

Azpost.info xəbər verir ki, bu barədə Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenko məlumat verib. “Leyla İbrahimova Melitopolda müqavimət simvoludur. Məhz bu cəsarətli qadın hər gün mitinqlərə çıxır və insanları ora toplayırdı. Onlar rus işğalçılarına Melitopolun Ukrayna olduğunu göstərdilər. Leyla artıq evdədir, amma onunla əlaqə yoxdur”, – Poroşenko deyib.

Qeyd edək ki, bu gün səhər silahlı rus əsgərləri L.İbrahimovanın evinə soxularaq onu naməlum istiqamətə aparmışdılar. Leyla İbrahimova yerli Krım tatar xalqının nümayəndəsidir.

Azpost.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Müdafiə Nazirliyinin daha bir sabiq idarə rəisi saxlanılıb

Sonrakı məqalə

Ermənistanın xarici işlər naziri Türkiyəyə gedir