“Rusiya 100 ədəd kamikadze-dron almaq üçün Çinlə danışıqlar aparır”- “Der Spiegel”

Rusiya 100 ədəd kamikadze-dron almaq üçün Çin şirkəti ilə danışıqlar aparır.

Azpost.info xəbər verir ki, bu barədə “Der Spiegel” mənbələrə istinadən yazıb.

Məlumata görə, Çinin dron istehsalçısı “Xian Bingo Intelligent Aviation Technology” şirkəti 35-50 kq ağırlığında döyüş başlığı daşıya bilən ZT-180 pilotsuz təyyarəsinin 100 prototipini istehsal etməyə hazır olduğunu bildirib.

Dronlar aprel ayına qədər Rusiyaya çatdırıla bilər.

“Der Spiegel” yazır ki, “Bingo” Rusiyada ayda 100-ə qədər dron istehsal edə bilən müəssisənin yaradılmasına kömək etməyi də planlaşdırır.

Almaniya kansleri Olaf Şolts Çinin Rusiyaya mümkün silah satışı ilə bağlı açıqlamasında bildrib ki, o, Pekin rəsmilərinə bunun qəbuledilməz olduğu barədə xəbərdarlıq edib.

Azpost.info

Əvvəlki məqalə

Sabah hava necə olacaq?

Sonrakı məqalə

Avropa İttifaqı indiyə qədər Ukraynaya 67 milyard dollar hərbi yardım edib