Rusiya 50 ukraynalı hərbi əsiri geri qaytarıb

Noyabrın 24-də Ukrayna ilə Rusiya arasında növbəti əsir mübadiləsi baş tutub. Daha 50 ukraynalı hərbçi vətənə qayıdıb.

Bu barədə Ukrayna Prezident Ofisi Aparatının rəhbəri Andrey Yermak teleqram səhifəsində məlumat yayıb. Qeyd olunub ki, Ukrayna Milli Qvardiyasının 20, Hərbi Dəniz Qüvvələrinin 12, Ukrayna Silahlı Qüvvələrinin 10, Dövlət Sərhəd Xidmətinin 6, özünümüdafiə dəstəsinin 2 əsgəri geri qaytarılıb.

Yermak bildirib ki, azad edilənlər arasında 2 zabit, 48 sıravi və çavuş var.

“Biz 12-si “Azovstal”dan olmaqla Mariupolun 19 müdafiəçisini, həmçinin Çernobıl AES-dən 15 və Zmeyni adasından 7 əsiri geri qaytarmağa nail olduq”, – deyə o bildirib.

Əvvəlki məqalə

Baş nazir Əli Əsədovun sədrliyi ilə İqtisadi Şuranın iclası keçirilib

Sonrakı məqalə

Portuqaliya Qananı məğlub etdi –