“Rusiya 60 hərbi əsirini geri qaytarıb”- Müdafiə Nazirliyi

Rusiya Müdafiə Nazirliyi 60 hərbi əsirinin geri qaytarıldığını açıqlayıb.

Azpost.info xəbər verir ki, bu barədə nazirliyin “Teleqram” kanalı məkumat yayıb.

Məlumata görə, əsirlər Ukrayna hakimiyyəti ilə aparılan danışıqlar prosesi nəticəsində geri qaytarılıb. Onlar reabilitasiya və müalicə olunmaq üçün Rusiya təyyarələri ilə Moskva xəstəxanalarına aparılacaq.

“Danışıqlar prosesi nəticəsində ölüm təhlükəsi ilə üzləşmiş 60 rusiyalı hərbçi Kiyev rejiminin nəzarətində olan ərazidən geri qaytarılıb. Azad edilmiş hərbçilər Rusiya Müdafiə Nazirliyinin tibb müəssisələrində müalicə və reabilitasiya üçün Moskvaya aparılacaq. Bütün hərbi əsirlərin tibbi və psixoloji yardıma ehtiyacı var”, – nazirlik bildirib.

Azpost.info

Əvvəlki məqalə

Zakir Həsənov və Hulusi Akar birgə hərbi təlimi izləyib –

Sonrakı məqalə

Jurnalistlər üçün “Azərbaycanın xarici siyasət gündəmi” mövzusunda təlim keçirilib