Rusiya ABŞ vitse-prezidentinə və Zukerberqə sanksiya tətbiq edib

Rusiya Xarici İşlər Nazirliyi 29 ABŞ vətəndaşını “stop” siyahısına daxil edib.

TASS-ın verdiyi xəbərə görə, bundan əlavə, 61 Kanada vətəndaşına qarşı sanksiyalar tətbiq edilib.

Sanksiya tətbiq eidlənlər arasında “Meta”nın qurucusu Mark Zukerberqin və ABŞ-ın vitse-prezidenti Kamala Harrisin də adı var.

Bildirilib ki, yaxın günlərdə Rusiya XİN ABŞ hakimiyyətinin düşmənçilik davranışlarına cavab olaraq “stop” siyahısını artıracaq.

Əvvəlki məqalə

Bayden Ukraynaya 800 milyonluq hərbi yardım paketi ayırdı –

Sonrakı məqalə

MEDİA-nın İcraçı direktoru BSU-da jurnalistika təhsili alan tələbələrlə görüşüb