Rusiya Afrika ölkələrini pulsuz silahla təmin edir və qitə dövlətlərinin ümumilikdə 23 milyard dollar borcunu silib.
Azpost.info xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Rusiya-Afrika sammitinin plenar iclasında bildirib.
“Rusiya Afrikanın 40 dövlətini silahla təmin edir və bu tədarüklərin bəziləri bu dövlətlərin təhlükəsizliyini və suverenliyini gücləndirmək üçün təmənnasız olaraq həyata keçirilir. Bundan başqa, Afrika dövlətlərinin borclarının bağışlanması davam edir. Bu günə kimi silinmiş borcumuzun ümumi məbləği 23 milyard dollardır”, – Putin deyib.
Azpost.info