Son bir ildə 1,3 min adda xarici dərman Rusiya apteklərinin rəflərindən yoxa çıxıb.
Azpost.info xəbər verir ki, DSM Group analitiklərinin hesablamalarına görə, 2022-ci ilin iyul ayında aptek pərakəndə satışında 7,7 min xarici məhsul adı var idisə, bu ilin iyul ayında onlardan 6,4 mini qalıb.
Nəticələr təxminən Rusiyadakı 45 min aptekin yarıdan çoxunun çeşidi haqqında məlumatlar əsasında əldə edilib.
DSM Qrup qeyd edibr ki, 2020-ci ildən bəri ölkədə xarici dərmanların çeşidi azalır.
Əczaçılıq bazarının nümayəndələri tendensiyası təsdiqləyirlər. Müstəqil Apteklər Assosiasiyasının özünütənzimləmə təşkilatının direktoru Viktoriya Presnyakova bildirib ki, bu ilin yeddi ayı ərzində idxal olunan əmtəə məhsullarının satışı illik müqayisədə 15-16 faiz azalıb.
İdxal edilən dərmanların bəziləri ya rəsmi olaraq Rusiya bazarını tərk edib, ya da müvəqqəti olaraq yoxdur. Həmçinin, onların bəzilərinin qiymətləri kəskin artıb ki, bu da istehlakçıların gəlirlərinin aşağı düşməsi fonunda analoqların xeyrinə seçimə gətirib çıxarır.
Rusiya bazarını əsasən bahalı orijinal dərmanlar tərk edib. Onların satışının əsas payı dövlət satınalmalarının payına düşürdü.
Azpost.info