Rusiya Avropa İttifaqının Moskvadakı nümayəndəliyinin 18 əməkdaşını “arzuolunmaz şəxs” elan edib.
Azpost.info Rusiya XİN-ə istinadla xəbər verir ki, nümayəndəliyin rəhbəri Markus Edererə müvafiq nota təqdim olunub. Həmin şəxslər yaxın günlərdə ölkə ərazisini tərk etməlidirlər.
Eyni zamanda, Rusiya aprelin 5-də ölkənin Avropa İttifaqında və Avropa Atom Enerjisi Birliyindəki 19 əməkdaşının “arzuolunmaz şəxs” elan edilməsinə etirazını bildirib.