Rusiya “Azovstal”dan qoşunlarını geri çəkir 

Bu gün Rusiya vaxtı ilə saat 14:00-dan etibarən Mariupoldakı “Azovstal” zavodunun ərazisində hərbi əməliyyatlar dayandırılır.

Azpost.info xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Nazirlikdən bildiriblər ki, bu, mülki əhalinin təxliyəsi üçün edilir. “Qeyd olunan saatdan etibarən bölmələrimiz birtərəfli qaydada hərbi əməliyyatları dayandıracaq və zavodun ərazisindən çıxmaq imkanını təmin edəcək”, – rusiyalı general-polkovnik Mixail Mizintsev bildirib.

Mizintsev əlavə edib ki, Ukrayna tərəfinin humanitar əməliyyata başlamağa hazır olması mülki əhalinin getməsi planlaşdırılan istiqamətlərdə və ya bütün zavodun ərazisində ağ bayraqların qaldırılması ilə göstərilməlidir.

Azpost.info

Əvvəlki məqalə

“Qanunla ƏDV ləğv olunubsa nə üçün yenə 18 faiz tutulur?” –

Sonrakı məqalə

“Müharibənin qalan hissəsinin necə nəticələnəcəyini bilmirik” –