Rusiya bir ay müddətində BMT Təhlükəsizlik Şurasına sədrlik edəcək.
Azpost.info xəbər verir ki, bu barədə BMT məlumat yayıb.
“Rusiya aprel ayından Təhlükəsizlik Şurasında rotasiya əsasında sədrliyi öz üzərinə götürür”, – məlumatda deyilir.
BMT Təhlükəsizlik Şurası veto hüququna malik Rusiya, Böyük Britaniya, Fransa, ABŞ və Çin də daxil olmaqla 10 növbəli və 5 daimi üzvdən ibarətdir.
Ukrayna xarici işlər naziri Dmitri Kuleba daha əvvəl bildirmişdi ki, Rusiya BMT Təhlükəsizlik Şurasına sədrlik etsə, o zaman prosedurların köməyi ilə küncə sıxışdırılmalı, Ukraynaya qarşı müharibə ilə bağlı yalan və nağılların təbliğinə yol verilməməlidir.
Azpost.info