“BMT-nin “Qara dəniz təşəbbüsü” ilə bağlı hazırkı təkliflərində yeni heç nə yoxdur və bunlar Rusiyanın kənd təsərrüfatı ixracının normallaşması üçün əsas ola bilməz”.
Azpost.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyi BMT Baş katibinin dörd təklifinə cavab olaraq bildirib.
“BMT “Rosselxozbank”ın törəməsini SWIFT-ə qoşmağı, sığorta platforması yaratmağı, Rusiya gübrə şirkətlərinin xarici aktivlərini boşaltmağı və Rusiya gəmilərinin Avropa limanlarına çıxışını təmin etməyi təklif edib. Reallıqda hazırkı təkliflər BMT-nin əvvəlki ideyaları kimi heç bir yeni elementi əhatə etmir və bizim kənd təsərrüfatı məhsullarının ixracının normallaşdırılmasında keyfiyyətcə irəliləyişin əldə edilməsi üçün əsas ola bilməz”, – XİN-dən bildirilib.
Nazirlik qeyd edir ki, “Rosselxozbank”ın törəməsinin SWIFT-ə yenidən qoşulması üçün işləyən alternativlər yoxdur. Eyni zamanda 2022-ci ilin avqustundan Rusiya kənd təsərrüfatı məhsulları üçün xüsusi sığorta platformasının yaradılması vəd edilir, lakin bu, hələlik həyata keçirilməyib: “Eyni şey Rusiya gəmilərinin və yüklərinin xarici limanlara çıxışına da aiddir. BMT bununla bağlı yaranan sanksiya maneələrinin öhdəsindən gələ bilməyib”.
Azpost.info