“Rusiya Boloniya təhsil sistemindən imtina etməlidir” –Təhlükəsizlik Şurasının katibi

“Rusiya Boloniya təhsil sistemindən imtina etməlidir”.

Azpost.info xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev deyib.

Onun sözlərinə görə, Rusiya mütəxəssislərin hazırlanmasında öz təcrübəsindən istifadə etməyə başlamalıdır: “Hazırda bizim tələbə və müəllimlərimiz faktiki olaraq Qərbin elm və təhsil sferasından sıxışdırılır. Hesab edirəm ki, Boloniya təhsil sistemindən imtina edib, dünyanın ən yaxşı yerli təhsil modelinin təcrübəsinə qayıtmaq məqsədəuyğun olar”.

Azpost.info

Əvvəlki məqalə

Dini Komitə bu məscidlərdə vakant molla vəzifələri üçün müsahibə elan edib –

Sonrakı məqalə

Britaniya Qara dənizə hərbi gəmilər göndərəcək –