“Rusiya bu müharibədə məğlub olmalıdır” –Britaniya XİN rəhbəri

“Rusiyaya qarşı sanksiyalar Ukrayna əraziləri tam azad edilənə qədər davam etməli və Kiyevə silah tədarükü artırılmalıdır”.

Azpost.info xəbər verir ki, bunu Britaniyanın xarici işlər naziri Liz Tras Almaniyada G7 rəsmiləri ilə görüşdən sonra bildirib. “Ukraynanı daha çox silahla təmin etmək və sanksiyaları sərtləşdirməklə Vladimir Putinə təzyiq göstərməyimiz çox vacibdir. Rusiya bu müharibədə məğlub olmalıdır”, – Tras deyib.

Onun sözlərinə görə, Ukraynanın müttəfiqləri Rusiyaya qarşı yeni sanksiyalara qərar verməlidirlər.

Azpost.info

Əvvəlki məqalə

Muğənni Afət Fərmanqızı axtarışa verilib

Sonrakı məqalə

“ABŞ Orta Asiya ölkələrinə deyir ki, Rusiya artıq dağılıb” –