“Rusiya bura həmişəlik gəlib” –Putinin partiyasının katibi Xersonda bəyanat verdi

Hakim “Vahid Rusiya” partiyasının Ali Şurasının katibi Andrey Turçak Ukraynanın Xerson vilayətinə səfər edərək “Rusiya həmişəlik buradadır” deyib.

“Rusiya həmişəlik buradadır. Buna heç bir şübhə olmamalıdır. Keçmişə dönüş olmayacaq. Biz birlikdə yaşayacağıq. Bu zəngin ərazini, zəngin tarixi irsi, burada yaşayan insanları inkişaf etdirəcəyik”, – Turçak keçirdiyi brifinqdə deyib.

O, Qələbə günü ərəfəsində yerli sakinlərə müraciət edərək Böyük Vətən Müharibəsi veteranlarını təbrik edib və bildirib ki, onların hamısına Rusiya prezidenti adından sovqatlar və nağd ödənişlər veriləcək. Bölgənin statusu ilə bağlı suala cavabında Turçak hadisələri qabaqlamamağı təklif edib və əlavə edib ki, hər bir halda, statusu sakinlər müəyyənləşdirir.

Azpost.info

Əvvəlki məqalə

“Putin qalib gəlsə, dünyada özbaşınalıq başlanacaq” –

Sonrakı məqalə

Ukraynadan daha 9 azərbaycanlı vətənə gətirilib