Rusiya Çinə yüksək dərəcədə zənginləşdirilmiş uran tədarük edir ki, bu da Pekinə nüvə potensialına görə ABŞ-a bərabər olmağa imkan verə bilər.
Azpost.info xəbər verir ki, yanacağın ixracına ”Rosatom” dövlət korporasiyasının törəmə şirkəti olan TVEL cavabdehdir.
“South China Morning Post” yazır ki, şirkət cənub-şərqi Futszyan əyalətindəki Xiapuda CFR-600 atom elektrik stansiyası üçün nəzərdə tutulan yanacağın üç il müddətinə ixracı üçün Rusiya hakimiyyət orqanlarından icazə alıb.
Stansiyanın layihəsində hər birinin gücü 600 meqavat olan iki sürətli neytron reaktorundan bəhs edilir. Nəşr yazır ki, onlardan birincisinin bu ilin sonunda istifadəyə veriləcəyi gözlənilir.
“World Nuclear News” daha əvvəl bildirmişdi ki, Rusiyadan Çinə tədarüklər sentyabrda başlayıb və üç partiya yanacaq 2023-cü ilin əvvəlinə çatdırılıb. Onlar 30 faizdən bir qədər çox uran-235 konsentrasiyası olan yüksək zənginləşdirilmiş urandır.
Fevralın sonunda ABŞ Rusiyadan Çinə nüvə yanacağının tədarükündən narahat olduğunu bəyan edib. Pentaqon hesab edir ki, bu, yeni silahlanma yarışının başlanğıcı ola bilər.
ABŞ-ın məlumatına görə, 2022-ci ilin sentyabr-dekabr aylarında Rusiya Çinə 25 min kq zənginləşdirilmiş uran ixrac edib. Nəticədə, CFR-600 reaktoru üçün tədarük həcmi ABŞ və MAQATE-nin son üç onillikdə dünyada ələ keçirdiklərindən daha böyük olub.
Pentaqonun hesabatında deyilir ki, hələ bu ilin əvvəlində CFR-600 silah dərəcəli plutonium istehsalına başlayacaq və bu, Pekinə nüvə arsenalında Rusiya və ABŞ-la yarışmağa imkan verəcək.
Çinin nüvə potensialının artması Rusiyanın ABŞ-la Strateji Hücum Silahları Müqaviləsindən çıxması ilə də əlaqələndirilir.
Azpost.info