“Rusiya Çinlə enerji sahəsində dialoqa açıqdır”- Kremlin sözçüsü

“Rusiya Çinlə enerji sahəsində dialoqa açıqdır”.

Azpost.info xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.

“Moskva çinli tərəfdaşları ilə enerji sektorunda əməkdaşlığın ən müxtəlif sahələrini müzakirə etməyə hazırdır. Rusiya belə əməkdaşlığa açıqdır və bunda maraqlıdır”, – Peskov deyib.

Qeyd edək ki, Çin lideri Si Cinpin Rusiya ilə enerji sahəsində əməkdaşlığı gücləndirmək arzusunda olduğunu bəyan edib. Onun sözlərinə görə, dövlətlər arasında münasibətlər inkişaf edir və enerji məsələsi tərəfdaşlığın təməl daşıdır.

Çin lider əlavə edib ki, Rusiya ilə əməkdaşlığa yaşıl enerjinin inkişafının təşviq etmək, istehsal və tədarük zəncirlərinin sabitliyini birgə qorumaq, eləcə də beynəlxalq enerji bazarının uzunmüddətli sağlam və davamlı inkişafına yeni töhfə vermək də daxildir.

Azpost.info

Əvvəlki məqalə

Rusiya Roma Papasına etiraz etdi

Sonrakı məqalə

Naxçıvan DSMF 10 ayda 196 milyon manat gəlir əldə edib