Rusiya çipləri özü istehsal edəcək – Hökumət vaxt qoydu

Rusiya hökuməti ölkənin Texnoloji İnkişaf Konsepsiyasını təsdiqləyib.

Azpost.info xəbər verir ki, 2030-cu ilə qədərki dövrü əhatə edən konsepsiyaya görə, alimlərdən ixtiraların sayını kəskin şəkildə artırmaq, müəssisələrdən isə qısa müddətdə elm tutumlu və yüksək texnologiyalı sənayelərdə sıfırdan istehsal tələb edilir.

Sənədə görə, 7 ildən sonra Rusiya özünün elmi, kadr və kritik texnologiyaların texnoloji bazasına malik olmalı, eləcə də özünü ənənəvi olaraq inkişaf etmiş ölkələrdən gətirilən məhsullarla təmin etməlidir.

Söhbət çiplərdən, mikroelektronikadan, yüksək dəqiqlikli dəzgahlardan, robototexnikadan, dronlardan, həmçinin dərmanlardan, tibbi və telekommunikasiya avadanlıqlarından gedir. 2030-cu ilə qədər iqtisadiyyatın bu mallara olan daxili tələbatının 75 faizi yerli istehsal hesabına təmin edilməlidir.

Azpost.info

Əvvəlki məqalə

Əfsanəvi ABBA qrupu Avroviziyada çıxışdan imtina edib

Sonrakı məqalə

Rusiya “taxıl sazişi”nə alternativ razılaşma axtarmağa çağırıb –