“Rusiya çürüyür, SSRİ-ni necə bərpa edə bilər?” –ZƏRDÜŞT ƏLİZADƏ

“SSRİ-nin bərpası mümkün deyil. Rusiya mütəmadi olaraq tənəzzülə uğrayır. Belə bir ölkənin birdən-birə gəlib imperiya bərpa etməsi mümkün deyil”.
Azpost.info bildirir ki, bu sözləri politoloq Zərdüşt Əlizadə “Şərq” qəzetinə müsahibəsində bildirib.
Politoloq bildirib ki, hazırda Rusiya zəifləməyə davam edir:  “Bu, tarixi prosesdir. Bu tarixi prosesin fonunda necə ola bilər ki, Rusiya birdən-birə güclənsin, gəlib, ölkələri tutsin və SSRİ-ni bərpa etsin. Rusiya ölür, zəifləyir. Addım addım çürüyür. SSRİ birdən dağıldı? Onun dağılması üçün zəifləmə prosesi getməli idi və getdi də. İndi də Rusiya çürüyür”.
Z.Əlizadənin sözlərinə görə, Rusiyanın biznesmenləri sərvətlərini xaricə daşıyırlar. Elm, təhsil, səhiyyə biliciləri ölkədən köçürlər: “Alimlər qaçırlar. Bunu görürük. Rusiya rüşvətxorlar, banditlər yuvasına çevrilib. Bir polkovnikin evindən 9 milyard pul tapılıb. Rusiya budur.  Necə ola bilər ki, belə bir ölkə birdən-birə dirçəlsin və SSRİ-ni bərpa etsin. Fransa, Britaniya, Niderland, İspaniya, Osmanlı imperiyası bərpa olunub? Yox! Nəyə görə Rusiya imperiyası bərpa olunmalıdır? Hələ Fransa, İngiltərə, İspaniya, Türkiyə inkişaf etmiş demokratik ölkələrdir. Onlar imperiyanı bərpa edə bilmirlərsə, Rusiya necə edə bilər axı?! Rusiya mütəmadi olaraq tənəzzülə uğrayır. Belə bir ölkənin birdən-birə gəlib imperiya bərpa etməsi mümkün deyil”.
 
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bağçada körpənin döyüldüyü əks olunan görüntülər araşdırılır –

Sonrakı məqalə

ABŞ-ın İraqdakı Səfirliyi raket atəşinə məruz qalıb