Rusiya Dəniz Donanmasının komandanı “Moskva” kreyserinin heyəti ilə görüşüb

Rusiya Hərbi Dəniz Donanmasının baş komandanı admiral Nikolay Yevmenov “Moskva” kreyserinin heyəti ilə görüşüb.

Rusiya Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, komandan kreyserin zabitlərinin, miçmanlarının və matroslarının hərbi həniz donanmasında xidmətini davam etdirəcəklərini bildirib.

“Dəniz donanmasının baş komandanı admiral Nikolay Yevmenov və Qara Dəniz Donanmasının komandanlığı Sevastopol şəhərində “Moskva” raket kreyserinin heyəti ilə görüş keçirib. Yevmenov zabitlərin, miçmanların və matrosların Hərbi Dəniz Donanmasında xidmətini davam etdirəcəkləri kreyserin ekipajının şəxsi heyətinə çatdırıb”, – deyə Rusiya MN-nin məlumatında qeyd olunub.

Yevmenov əlavə edib ki, “Moskva” kreyserinin müddətli heyəti qanuna müvafiq olaraq may-iyun aylarında tərxis olunacaq: “Şəxsi heyət qanunvericiliyə uyğun olaraq may ayından iyun ayına kimi tərxis olunaraq hərbi qeydiyyata göndəriləcək”.

Əvvəlki məqalə

Mariupol şəhəri Ukrayna qoşunlarından təmizlənib –

Sonrakı məqalə

Məşhur rus jurnalisti Andrey Karaulov Zelenskini təslim olmağa çağırıb: