“Rusiya “danışıqlar” deməklə sülhə can atmır, bərpa üçün fasilə axtarır”- ZELENSKİ

“Moskva Kiyevlə danışıqların mümkünlüyündən danışaraq münaqişənin sülh yolu ilə həllinə can atmır, əksinə, hərbi əməliyyatlarda qısamüddətli fasiləyə nail olmaq istəyir”.

Azpost.info xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski bildirib.

Onun fikrincə, belə fasilə vəziyyəti daha da gərginləşdirəcək: “Rusiya indi bərpa olunmaq üçün qısamüddətli fasilə axtarır. Bəziləri bunu müharibənin sonu adlandıra bilər. Lakin belə bir fasilə vəziyyəti daha da gərginləşdirəcək”.

Azpost.info

Əvvəlki məqalə

İstanbulda törədilən terrorla bağlı 5 nəfər Bolqarıstanda saxlanılıb

Sonrakı məqalə

İntiqam Soltan Mingəçevir Dövlət Dram Teatrının direktoru təyin edilib